AZ

Qazaxıstanda güclü zəlzələ oldu

Qazaxıstan - Qırğızıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub.

Olaylar xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 09:12-də (Bakı vaxtı ilə 08:12-də) qeydə alınıb. Zəlzələnin episentri Almatı şəhərindən 194 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
149
50
olaylar.az

10Mənbələr