“Qəbələ” Misli premyer-liqasının 33-cü turunun “Səbail”lə səfər oyununun hazırlıq prosesini başa vurub.
“Football-plus.az” xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. Ülvi İsgəndərov hazırlığa qatılmayıb. Lukas Afriko və Murad Musayev isə fərdi məşqlə kifayətləniblər.
Qeyd edək ki, mayın 6-da “ASCO Arena”da baş tutacaq “Səbail” - “Qəbələ” qarşılaşması saat 19.00-da başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta