İsrail rəsmiləri Yəhudi dövlətində yayımın dayandırılması qərarından sonra polisin köməyi ilə Əl-Cəzirə televiziya şəbəkəsinin ofislərindəki avadanlıqları müsadirə edir.
525.az APA -a istinadən xəbər verir ki, bu barədə İsrailin rabitə naziri Şlomo Karya məlumat verib.
"Əl-Cəzirəni bağlanır. Rabitə Nazirliyinin müfəttişləri İsrail polisinin dəstəyi ilə hazırda Əl-Cəzirənin Qüdsdəki ofislərində reyd keçirir və kanalın avadanlıqlarını müsadirə edir", - o, X-də (keçmiş Twitter) yazıb.
Bundan əvvəl İsrail hökuməti ölkədəki “Əl-Cəzirə” telekanalını bağlamaq qərarına gəlib. İsrailin baş naziri Benyamin Netanyahu bu qərarın hökumət tərəfindən yekdilliklə verildiyini bildirib və kanalın fəaliyyətini təxribat adlandırıb.
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta