AZ

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatdı (FOTO)

Bakı. Trend:

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu2024” keçirilib.

Trend xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilənyarışa 18 mindən çox iştirakçı qatılıb.

Budəfəki marafonda qadınlar arasında ukraynalı iştirakçıNataliya Semenoviç birinci olub. Xatırladaq ki, Nataliya Semenoviç“Bakı marafonu-2023”ün də qalibi idi.

Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci,qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdantez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeriuqandalı İsmail Senyange tutublar.

İlk üç yerin sahiblərinə müvafiq olaraq, 3000, 2000 və 1000manat pul mükafatları, medal və diplomlar təqdim edilib.

Artıq 7-ci dəfədir təşkil olunan Bakı marafonu insanları böyükcoşqu ilə ətrafına toplayır.

Qeyd edək ki, 2016-cı ildən 21 kilometr məsafədə təşkil olunanBakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyattərzini təbliğ etmək məqsədi daşıyır. Hər il iştirakçıların sayınınartması yarışa marağın göstəricisidir. Xüsusi qayğıya ehtiyacı olanşəxslər builki marafonda da iştirak ediblər.

Yarış zonasında marafonu dəstəkləyənlər üçün isə əyləncə dolu“fan zona” - musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilib.

Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub.Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtınmərkəzi küçə və prospektlərini əhatə edib.

Qeyd edək ki, marafonun əhatə etdiyi marşrut boyu DJ-lər,könüllülərdən ibarət əyləncə komandaları marafonçuları qarşılayıb,xüsusi könüllü qrupları iştirakçıların marşrut boyuistiqamətləndirməsinə kömək edib. 21 kilometrlik yolda maskotlar,su, nəqliyyat və tibb məntəqələri də təşkil olunub.

“Bakı Marafonu 2024”ün eksklüziv tərəfdaşı “Azercell Telekom”şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG)şirkəti həyata keçirir.
Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi, SOCAR, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf”İctimai Birliyinin (RİİB), Azərlotereya ASC, Skechers, GAC Motors,Push30, Badamlı, Liv Bona Dea Hospital, “Carlsberg Group” undəstəyi ilə təşkil olunub.

Marafonun əyləncə zonasının təşkilinə Xəzər Media Mərkəzi, ocümlədən, könüllü proqramının təşkilinə “ASAN Könüllüləri” dəstəkgöstərib.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Seçilən
230
11
az.trend.az

10Mənbələr