AZ

Qurban Qurbanovun köməkçisi idi, idman direktoru oldu

“Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlakın işsiz günləri başa çatıb.

Sportinfo.az xəbər verir ki, Türkiyəli mütəxəssis Azərbaycan millisinin hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor”a qayıdıb.

Vaxtilə “Qarabağ“da Qurban Qurbanovun köməkçisi də olmuş Kavlak yenidən idman direktoru vəzifəsinə təyin edilib. O, son olaraq “Adanaspor”da baş məşqçi kimi işləyib.

“Hatayspor” 33 xalla 18-ci pillədə qərarlaşıb.

Seçilən
105
sportinfo.az

1Mənbələr