AZ

Qurban Qurbanov: "Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm”

“Azarkeşlər üçün maraqlı oyun oldu. Matçdan razı qaldım”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXIII turundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis “Neftçi” üzərində qazanılan 5:0 hesablı qələbəni dəyərləndirib. O bildirib ki, daha da səliqəli oynamalıdırlar: "Çünki futbol səhvləri bağışlamır. Rəqib istifadə edə bilərdi. Bəsit səhvlər etdik. Buna baxmayaraq, oyun intizamı var idi, futbolçular istəkli idilər. Elə matçlar var ki, daha da çox hazırlaşırıq. Ümumiyyətlə, meydana motivasiyasız çıxmaq düzgün deyil. "Neftçi"yə gəldikdə, bəlkə də komandamı ən az bu rəqibə qarşı motivasiya edirəm. Çünki futbolçular istər-istəməz dərk edirlər. Çempionatda ən çox maraq olan oyun "Neftçi" ilə "Qarabağ" arasında olan matçlardır. Tam bizdən asılı olan bir şey deyil. Sadəcə, belə uğurlu seriya alındı. "Neftçi" ilə görüşlərdə əlavə nəsə demirik”.

Qurban Qurbanov keçmiş komandası “Neftçi”nin hazırki vəziyyətinə münasibət bildirib: "Onlara qarşı hamı istəkli oynayır. Adları həmişə üzərindədir. Hər komandanın eniş vaxtı olur. Ola bilər ki, "Neftçi" də bu günlərə düşüb. Nəinki "Neftçi"nin, bütün komandaların, çempionatın aktiv olmasını istəyirəm. Zəmanət yoxdur ki, biz hər il bu səviyyədə olacağıq. Bizdə də hansısa il eniş ola bilər. Buna hazır olmalıyıq. "Neftçi" böyük klubdur. İnanıram ki, tez bir zamanda belə nəticələr geridə qalacaq”.

Qeyd edək ki, “Qarabağ” 3 turdan sonra qələbə qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
31
idman.biz

10Mənbələr