AZ

Şəmkirdə minik maşını dərəyə aşdı: Ölən və yaralananlar var

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub.
Seçilən
117
13
bakupost.az

8Mənbələr