Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib.
Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub.
“1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımında bildirilib.
![](https://static.cdnsb.net/afm/images/2024/05/04/6814069.jpg)
Mənbə: TASS