AZ

Almaniyada metallurgiya zavodu yanır - VİDEO

Almaniyanın Berlin şəhərində “Diehl Metal Applications” metallurgiya zavodu yanır.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, binanın dörd mərtəbəsi tamamilə yanıb, bir hissəsi uçub, yanğını nəzarət altına almaq mümkün deyil.

Hadisə yerinə 130 yanğınsöndürən cəlb edilib. Sakinlərə pəncərələri bağlamaq məsləhət görülüb. Xilasedicilər kimyəvi maddələrdən qorunmaq üçün kostyumlar geyinib.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
39
bizim.media

10Mənbələr