AZ

Evdə qəribə varlıq tapan qadın həqiqəti öyrənəndə şoka düşdü - FOTOLAR

Böyük Britaniyanın Volverhempton şəhərindən olan bir qadın evdə gördüyü “qəribə dələ”nin tamam başqa heyvan olduğu ortaya çıxanda şoka düşüb. 

 

Sfera.az bildirir ki, Britaniyalı qadın kömək üçün dərhal xilasedicilərə müraciət edib. Hadisə yerinə gələn ekspertlər mətbəx piştaxtasında sərinlənən balaca meymunu görəndə şoka düşüblər.

 

Sonradan Marsel adlandırılan heyvan qəfəsə salınaraq yerli sığınacağa aparılıb.

 

Heyvanları mühafizə təşkilatı “Wings and Paws” (“Qanadlar və Pəncələr”) indi heyvana yeni yuva tapmaq üçün çalışır.

 

“Bizə çox həyəcanlı bir qadın zəng vurdu və dedi ki, onun mətbəxində qəribə bir növ heyvan yaşayır. Bu, tüklü quyruğu olan kiçik bir şeydir, bəlkə də bir dələdir. O, çox arıq və ac olsa da, kömək üçün insanların yanına gələcək qədər ağıllı idi"-deyə ekspertlər bildirib.


“Cənubi Amerika marmozan meymunu olan bu heyvanın uçuşu təqribən 5400 mil məsafədə necə başa vurduğu dəqiq məlum deyil. O, yəqin ki, əvvəlki sahibləri tərəfindən taleyin ümidinə buraxılıb”.

 

“Qanadlar və Pəncələr” komandası Marsel sağaldıqdan sonra ona yeni ev tapmaq üçün çalışır.


"Əgər Vulverhempton küçələrində qalsaydı, heyvan acından ölə bilərdi. Hesab edirik ki, o, zoopark heyvanı deyil, kiminsə ev heyvanı olub. O, insanlar arasında çox sakitdir və ovucun içində sakitcə oturur"- deyə ekspert əlavə edir.

 

Yeri gəlmişkən, Böyük Britaniyada meymunları ev heyvanı kimi saxlamaq qanunidir. Heyvanların hüquqlarını müdafiə təşkilatları isə bunu qəti şəkildə tövsiyə etmir, çünki heyvanlar təbii mühitdə özlərini daha yaxşı hiss edirlər.


"Biz primatların ev heyvanı kimi saxlanmasına qarşı kampaniya aparır, İngiltərə və Uels hökumətlərini bu qanunu dəyişdirməyə çağırırıq"-deyə heyvan hüquqları təşkilatı rəsmi saytında yazır.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23492
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
19046
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16762
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14597
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11472
Helikopterin qalıqları tapılıb
10116
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7345
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6715
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5563
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5380
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4215
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4208
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3680
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2956
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
2600
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2188
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
1964
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1866