AZ

"Goran cotton"a protokol niyə yazılıb?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Goran cotton" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan Cəfərlinin icraatındadır. Baxış iclası mayın 8-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 3 May 2024, 08:23   
Seçilən
231
13
1

1Mənbələr

Şərh ()
Bağla