“Qarabağ”ın kolumbiyalı legioneri Masallıya səfər edib.
Kevin Medina səfər zamanı çəkilmiş video və şəkilləri sosial şəbəkə hesabında yerləşdirib.
Görüntülərdə Kevinin çay kənarında istirahət etməsi, istixanaya (parnik) baş çəkməsi, təbiətdən həzz alması, hətta fürsətdən istifadə edib inək sağması əks olunub.
Medinanın paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.
O, Masallı səfəri ilə bağlı bunları yazıb:
“Fantastik günün həzzini fantastik insanlarla çıxardıq”.
HƏBİB / SPORTİNFO.AZ