AZ

Faiq Mirişli vəfat etdi

Naxçıvan Dövlət Universitetinin prezident təqaüdçüsü, fəlsəfə doktoru vəfat edib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Fizika və energetika kafedrasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü Faiq Əqil oğlu Mirişli 85 yaşında dünyasını dəyişib.

NDU-da işlədiyi illər ərzində Faiq Mirişli Elektroradiotexnika və materialşünaslıq kafedrasının müdiri, 1992-1997-ci illərdə universitetin tədris işləri üzrə prorektoru, 1997-2007-ci illərdə fizika kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Onun bərk cisimlər fizikasının seqnetoelektriklər sahəsində apardığı elmi-tədqiqat işləri xarici elmi mətbuatlarda çap edilmiş və bir neçə məqalələrin nəticələrindən elmi ədəbiyyatlarda istifadə olunmuşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
30
konkret.az

10Mənbələr