AZ

Naxçıvan Dövlət Universitetinin fəlsəfə doktoru vəfat edib

Naxçıvan Dövlət Universitetinin prezident təqaüdçüsü, fəlsəfə doktoru vəfat edib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Fizika və energetika kafedrasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü Faiq Əqil oğlu Mirişli 85 yaşında dünyasını dəyişib.

NDU-da işlədiyi illər ərzində Faiq Mirişli Elektroradiotexnika və materialşünaslıq kafedrasının müdiri, 1992-1997-ci illərdə universitetin tədris işləri üzrə prorektoru, 1997-2007-ci illərdə fizika kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
30
demokrat.az

10Mənbələr