AZ

2 şirkət barədə protokol tərtib edilib

"Aras Agro" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Pak-Nur" Firması barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. 

Valyuta.az-ın məlumatına görə, protokol ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İşə Xaçmaz Rayon Məhkəməsinin hakimi Nərmin Abiyevanın sədrliyi ilə baxılacaq.

Sadiq İsbəndərli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
23

1Mənbələr

Şərh ()
Bağla