AZ

Bu il 35 uşaq övladlığa götürülüb

Uşaqlardan 39-u bioloji ailələrinə qaytarılıb
Ötən il 141, bu ilin ilk rübündə 35 uşağın övladlığa götürülüb. AYNA xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, reinteqrasiya tədbirləri nəticəsində 2023-cü ildə 177, cari ilin 3 ayında 39 uşağın sosial xidmət müəssisələrindən öz bioloji ailələrinə qaytarılıb.
Babayev sosial dəstək mexanizmlərindən istifadə olunmaqla və maarifləndirmə tədbirləri ilə bu ilin yanvar-mart aylarında 62 uşağın ailələrindən dövlət uşaq müəssisələrinə verilməsinin qarşısının alındığı qeyd edib.
“Hazırda 50-dən çox sosial ödəniş növünün təyinatının elektron sistemlər üzərindən proaktiv qaydada aparılıb. Uşaqlara görə erkən pensiya hüququ olan şəxslərə pensiya təyinatının da proaktivləşdirilməsi nəzərdə tutulub, bununla bağlı qanuna dəyişiklik layihəsi hazırlanıb. İki və daha artıq pensiya növünə hüququ olan şəxsə bu pensiyalardan ən yüksək məbləğdə olanının proaktiv təyin edilməsi mexanizmi də hazırlanacaq”, - nazir əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
50
Mənbələr
Şərh ()
Bağla