AZ

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilərin artması neft qiymətlərinin enməsinə səbəb olur. 


Sfera.az xəbər verir ki, son bir neçə gün ərzində “Brent” neftinin qiyməti davamlı azalaraq 89-90 dollardan 85 dollara enib. 


Ucuzlaşma Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftdə də müşahidə edilir. Son bir neçə gündə “Azeri Light” markalı neftin dəyəri 94 dollardan 89 dollara qədər azalıb. 


Qeyd edək ki, son aylarda neft qiymətlərinin yüksəlməsində İsrail-Fələstin arasında müharibənin baş verməsinin təsiri güclü olub. Uzun müddət gərginlik yüksək olduğundan neft qiymətləri də artırdı. Amma son bir neçə gündə İsraillə HƏMAS arasında atəşkəsin əldə edilməsinə ümid yarandığından neft qiymətləri enir. 
İsrail hökuməti bildirib ki, əgər HƏMAS girovların azad edilməsi ilə bağlı irəli sürdüyü son təklifə cavab verərsə, atəşkəs danışıqlarına razılıq verəcək. Bu açıqlama neftin ucuzlaşması prosesini bir qədər də uzadıb. Atəşkəs ehtimalının reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək. Əgər gərginlik yenidən artarsa, neft qiymətləri yüksələcək.

 


Vasif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
sfera.az

10Mənbələr