AZ

ANAMA: Ötən ay 2500-dən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

ANAMA:

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 141, tank əleyhinə 191 mina və 2502 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 6038,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
321
11
azertag.az

10Mənbələr