AZ

Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir - ŞƏRH

Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu Avropa ölkəsi ilə əlaqələrin inkişafına mühüm önəm verir. Ötən ilin fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Bu müddət əzində Azərbaycan Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib.Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu Avropa ölkələri arasında ilk sıralarda Almaniya dayanır. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Cənab Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 26-da “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində müzakirələrə dəvət olunması Azərbaycana olan dərin etimad, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstək, həmçinin dövlətimizin başçısının yüksək nüfuzundan irəli gəlir. Son dərəcə gərgin və mürəkkəb proseslərin getdiyi bir dönəmdə də bu etibarlılıq qorunub saxlanılır. Bunun səbəblərindən biri də müstəqil Azərbaycanın çoxşaxəli, balanslaşdırılmış və ədalət üzərində qurulan xarici siyasət yürütməsidir. Əminliklə demək mümkündür ki, Azərbaycanın Avropa, Asiya, Afrika, Amerika ölkələri ilə əlaqələri dinamik inkişaf etdirilir. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Azərbaycanın dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınması, artan nüfuzu, regionda sülhün və təhlükəsizliyin təmin olunması, eləcə də qlobal problemlərin həlli istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin və siyasi iradəsinin nəticəsidir. Neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır və dövlətimizin xarici siyasətində Avropa İttifaqı ölkələri ilə əlaqələrin üstünlük təşkil etdiyini də deyə bilərik. Avropa İttifaqının üzvü olan 9 ölkə ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir.Azərbaycanla əlaqələri yüksələn xətlə inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. Dövlətimizin başçısı iştirak və çıxış etdiyi bütün beynəlxalq platformalardan Azərbaycanın milli maraqlarını, haqq səsini dünyaya çatdırır. Almaniyada təşkil edilən “15-ci Petersberq İqlim Dialoqu” tədbirində də Azərbaycan Prezidenti digər məsələlərlə birgə, Ermənistanla normallaşma prosesindən, sülh maraqlarından və digər məsələlərdən danışıb. Ermənistanla Azərbaycan arasında gedən danışıq prosesinin nəticəsi olaraq, sərhədlərin delimitasiyası və demarkasiyasının başlandığını, anklav olmayan 4 Azərbaycan kəndinin qaytarıldığını, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətini dayandırdığını bildirən Azərbaycan Prezidenti sülhə nail olmaq üçün çox yaxşı fürsətlərin yarandığını deyib. Normallaşma prosesində Almaniyanın dəstəyini də qeyd edən Prezident İlham Əliyev aprelin 26-da Berlində Kansler Olaf Şolts ilə birgə mətbuat konfransında Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirdiyini və sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atıldığını diqqətə çatdırıb. Regionda yeni reallıq yaradan Azərbaycanın qarşısında böyük hədəflər durur. Azərbaycan cari ilin noyabrında iqlim dəyişikliyi ilə bağlı mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcək və mötəbər tədbir ölkəmiz üçün yeni imkanlar vəd edir. Azərbaycan ev sahibi kimi, Qərblə Qlobal Cənub arasında, həmçinin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı körpülər yaradacaq. Ölkəmizin sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər çərçivəsində hədəflərinə çatacağına şübhə yoxdur. Çünki bütün nailiyyətlər göz qabağındadır. Avropa Birliyinin lokomotivi sayılan bir ölkə ilə münasibətlərin inkişafı və bütün səviyyələrdə əlaqələrin dinamiklyi ölkəmiz üçün maraqlıdır.
Azərbaycan–Almaniya münasibətlərində iqtisadi əməkdaşlığın çəkisi həmişə üstünlük təşkil edib. Cənab Prezident İlham Əliyev Azərbaycanın hər bir platformada gördüyü işlərin yalnız təhlükəsizliyə, xalqların və insanların sülh, rifah içində, yaxşı yaşamalarına kökləndiyini diqqətə çatdırır. Bu isə, öz növbəsində, Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə aldığının, nəinki “yaşıl” Gündəliyin, eyni zamanda “2030 Gündəliyi”nin icrasına verilən töhfənin bariz nümunəsidir. Azərbaycan regional güc kimi artıq özünü bərqərar edib. Avropa da bu reallığı zamanla qəbul etməyə məcbur olacaq. Petersberq İqlim Dialoqu, Almaniya-Azərbaycan arasındakı yüksək səviyyəli görüşlər, rəsmi Berlinin ölkəmizə verdiyi əhəmiyyəti ifadə etməsi, rəsmi Bakıya gərəkli partnyor kimi baxması da bunun bir daha sübutu oldu.David İbramxəlilovYAP Qusar rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
50
Mənbələr
Şərh ()
Bağla