AZ

Tbilisidə SON VƏZİYYƏT: Etirazçılarla polis arasında qarşıdurma yaşanır - VİDEO 

Gürcüstanda hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz əlaməti olaraq yenidən aksiyalar başlayıb.

Bizim.Media xəbər verir ki, xeyli sayda etirazçı Tbilisidə parlament binası qarşısına toplaşıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, əraziyə  polis və xüsusi təyinatlılar cəlb edilib.

Xarici agentlər haqqında qanuna etiraz edənlərlə polis arasında qarşıdurma yaşanıb. Belə ki, etirazçılara qarşı bibər qazından istifadə edilib.
 

 

 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
10
bizim.media

10Mənbələr