AZ

Lənkəranda avtobus 85 yaşlı kişini vuraraq öldürüb

Lənkəranda baş verən qəzada piyada ölüb.

Vətəninfo.az xəbər verir ki, Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhəri ərazisində fəaliyyət göstərən “Dairəvi-1” marşrutu xətti üzrə hərəkət edən “PAZ” markalı avtobus, 1939-cu il təvəllüdlü İbrahim İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan isə bildirilib ki, aprelin 30-da saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmovun idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü İ. İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
13
veteninfo.az

10Mənbələr