AZ

“Azərkosmos”-un ixrac gəlirlər 700 min dollar azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 47 ölkəsinə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. 

Valyuta.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel buraxılışına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə çox, 13% və ya 0,7 milyon ABŞ dolları azdır.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib. Cari mart ayında isə “Azərkosmos” dünyanın 43 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Bu ilin birinci rübü ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 966,8 min ABŞ dolları ilə Lüksemburq, 339,8 min ABŞ dolları ilə BƏƏ, 208,6 min ABŞ dolları ilə Pakistan və 197,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
7
Mənbələr
Şərh ()
Bağla