AZ

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

DİN:

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 29-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarılan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 34 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Seçilən
140
49
Mənbələr
Şərh ()
Bağla