AZ

Buzovnada ağır qəza: azyaşlı bacı-qardaş xəsarət aldı

Bakının Xəzər rayonunda azyaşlı bacı və qardaşın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2016-cı il təvəllüdlü T. Axundov və onun bacısı 2018-ci il təvəllüdlü S.Axundova xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
7
milli.az

10Mənbələr