AZ

9-cu planetlə bağlı yeni sübutlar tapılıb

Günəş sistemində əslində neçə planet var? Bununla bağlı mübahisələr hələ də davam edir. Bununla belə, alimlər bu yaxınlarda sistemdə sirli doqquzuncu planetin mövcudluğuna dair sübutlar tapıblar.

"Unikal" xəbər verir ki, bir çox astronom illərdir iddia edirdi ki, Günəş sisteminin kənarındakı bəzi qeyri-adi hadisələr, o cümlədən bəzi cisimlərin orbitləri ən yaxşı şəkildə orada kəşf olunmamış planetin olması ilə izah olunur.

Kaliforniya Texnologiya İnstitutunun astronomu Konstantin Batıginin sözlərinə görə, o və həmkarları planetin mövcudluğuna dair daha çox dəlil tapıblar. O bildirib ki, onların birgə işi “Planet 9-un mövcudluğuna dair ən inandırıcı statistik sübutdur”.

Yeni işdə alimlər günəş sisteminin kənarında, Neptundan kənarda yerləşən bir sıra trans-Neptun obyektlərinə (TNO) baxıblar. Onları, ilk növbədə, Neptunun orbiti ilə qarşılıqlı təsir nəticəsində hərəkəti qeyri-sabit olan obyektlər maraqlandırıb. 

Yeni tədqiqatın müəllifləri bu obyektlərin hərəkətlərini anlamağa çalışıblar. Batıginin fikrincə, onların hərəkətlərinin ən yaxşı izahı başqa, naməlum planetdən təsirlənmələridir.

Komanda bu cisimlərin orbitlərinə müxtəlif amillərin, o cümlədən Neptun, Süd yolundan çıxan "qalaktik gelgit" və tranzit ulduzlar (Günəş sisteminin yanından "keçən" ulduzlar) kimi müxtəlif amillərin necə təsir etdiyini anlamaq üçün müxtəlif simulyasiyalar aparıb. 

Alimlərin fikrincə, hazırda Çilidə tikilən Vera C Rubin Rəsədxanası Doqquzuncu planetin varlığını təsdiq və ya təkzib edə biləcək. Rəsədxana işə düşdükdən sonra bu uzaq obyektlərin hərəkətini daha yaxşı tədqiq etməyə kömək edəcək.

Seçilən
96
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq