AZ

Yasamalda səki piyadaların istifadəsinə qaytarıldı - VİDEO

Bakının Yasamal rayonu Şərifzadə küçəsində parklama yeri kimi istifadə edilən səki piyadalara qaytarılıb.

 

Bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

 

“Bazar günü, aprelin 28-də səhər saatlarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər nəticəsində paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 255 ünvanında ictimai yerin (səkinin) zəbt edilməsi faktı aşkarlanıb.

 

Piyada səkisinin parklama yerinə çevrilməsi və bu ərazidə mövcud ağaclara zərər verilməsi cəhdinin qarşısı Baş İdarə tərəfindən alınıb. Belə ki, Baş İdarə müvafiq strukturları məlumatlandırmaqla, piyada səkisinin əvvəlki vəziyyətə qaytarılmasını təmin edib.

 

İctimai yerlərdən qanunsuz istifadə və zəbt halları, o cümlədən şəhər ərazisində qanunsuz tikinti faktlarına qarşı Baş İdarə tərəfindən aparılan barışmaz mübarizə bundan sonra da davam etdiriləcək”, –Riyad Qasımov yazıb.

 

Qeyd edək ki, sosial şəbəkələrdə səkinin ərazidə yeni restoranı açılmalı olan "McDonald's" restoranlar şəbəkəsi tərəfindən zəbt edildiyi barədə məlumat yayılıb.

 

(KİV-in adı...) "McDonald's Azərbaycan"ın mətbuat xidməti ilə əlaqə saxlayıb. Restoranlar şəbəkəsində bu məlumatın həqiqəti əks etdirmədiyi və qeyri-qanuni işlə əlaqələrinin olmadığı bildirilib. Şirkət həmçinin “McDonald's Azərbaycan”ın binanın sahibi olmadığını və mülkiyyətçi ilə icarə müqaviləsi bağladığını qeyd edib.

 

“McDonald's Azərbaycan” şirkəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səkilərin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində atdığı addımları alqışlayır”, - "McDonald's Azərbaycan"ın mətbuat xidmətindən bildirilib.

 

 

Seçilən
116
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1517
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1097
Bu yol qovşağında təmir işləri aparılacaq
734
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
445
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
428
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
365
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
361
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
343
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
334
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
265
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
219
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
210
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
119
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
119