AZ

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşlarla görüşəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Aqrar

Bakı, 29 aprel, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev mayın 3-də, saat 10:00-da Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olan məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-659-20-16) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Seçilən
44
6
Mənbələr
Şərh ()
Bağla