AZ

Bakıda üç uşaq anasının iki sevgilisi də varmış: "Anası da bilirdi..."

Bakının Pirallahı rayonunda 1991-ci il təvəllüdlü Pənah qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Xatirəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 10 noyabr 2021-ci ildə baş verib.

Həmin gün saat 17 radələrində Pənahın əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Xatirə azyaşlı övladını götürmək məqsədilə anası və digər azyaşlı övladları ilə Gürgən qəsəbəsində fərdi yaşayış evinin qarşısına gəlib.

Pənah Xatirənin həmin ünvana gəlişindən istifadə edib, onu anası və övladlarının gözü qarşısında öldürmək qərarına gəlib. Mətbəxdən götürdüyü bıçağı şalvarının kəmərində gizlədib. Evin qarşısında gözləyən "Mercedes Benz"ə yaxınlaşaraq avtomobilin qapısını açıb və qadınla mübahisə edib.

O, Xatirənin saçlarından tutaraq avtomobildən düşürmək istəyib. Xatirənin anası Sevda araya girəndə əvvəl ona xəsarət yetirib, sonra isə Xatirəyə çoxsaylı bıçaq zərbələri vurub. Xatirə aldığı xəsarətlərdən vəfat edib.

“Məqsədim qorxutmaq idi”

İstintaq orqanı tərəfindən Pənahın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pənah elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə zamanı Xatirəni öldürmək niyyəti olmayıb, üzərində gəzdirdiyi bıçağı onu avtomobildən düşürtmək üçün qorxutmaq məqsədilə nümayiş etdirib:

“İlk bıçaq zərbəsini vurduqdan sonra Xatirə bıçağı əlimdən aldı. Onun özünə xəsarət yetirməməsi üçün bıçağın ağız tərəfindən tutdum. Hadisə uşaqlarının yanında baş versə də, onların fikri başqa yerdə olub.

Xatirəni qorxutmaq məqsədilə bıçaqla vurmuşam. Onu düzgün yola qaytarmaq, birlikdə yaşayaraq balalarımızı saxlamaq üçün qorxutmaq istəmişəm. Mən ilk dəfə Xatirəyə bıçaq zərbəsi vurduğumu dərk etməmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Xatirə ilə dalaşarkən Sevda ona mane olduğundan və onları aralamaq istədiyindən onu şillə-təpiklə vurub: “Həyəcanlı və spirtli içkinin təsiri altında olduğumdan belə hərəkət etmişəm. Sevdaya bıçaqla xəsarət yetirməmişəm. O, ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb.

Xatirənin narkotikdən istifadə etməsini eşitsəm də, həmin maddəni haradan əldə etməsini bilməmişəm”.

“Dözə bilmədim, barışdım”

Təqsirləndirilən şəxs qeyd edib ki, anası və atası yaşlandıqları üçün 2015-ci ildə onların yaşadığı qəsəbəyə gəlib:

“Xalam qızı Ləmanın vasitəçiliyi ilə onunla bir sinifdə oxumuş və anamgillə qonşuluqda yaşayan Xatirə ilə tanış oldum. Altı ay onunla sevgili kimi danışdıq. Sonra Xatirəni öz razılığı ilə Qəbələ şəhərinə qaçırdım. 10 gün Qəbələdə yaşadıqdan sonra Pirallahı rayonuna qayıtdıq. Üç gün atamgilin evində qaldıqdan sonra Xatirənin anası tək olduğundan, ata-anamın və Xatirənin ailəsinin razılığı ilə onun anasının evində yaşamağa başladıq.

Xatirə ilə qeyri-rəsmi nikahdan 2016-cı ildə böyük qızım Samirə, 2018-ci ildə oğlum Nihad, 2018-ci ildə kiçik qızım Nərminə anadan oldular. 2020-ci ildən Xatirəgilə verilmiş məcburi köçkünlər üçün tikilmiş evlərdə yerləşən mənzildə yaşamağa başladıq. Sonradan Xatirənin soyuq münasibətinə görə atamgilin yanına qayıtdım. Bir müddət ayrı qalsaq da, uşaqlar olmadan dözə bilmədiyimə görə Xatirə ilə barışdım”.

“Anasıyla da mübahisəmiz oldu”

Pənah qeyd edib ki, həmin zaman kirayə ev tutub: “O dövrlərdə evdə çox problemlər yarandı. Xatirə işləmək istədiyini bildirdi. Mən bir-iki dəfə Xatirədə gizli telefon tutdum. Bu səbəbdən qısqandım, onu öldürəcəyimi bildirdim. Bunu Xatirənin anası Sevdaya da dedim. Bu sözləri əvvəlcə Xatirəni qorxutmaq məqsədilə desəm də, sonradan onun qorxmadığını, öz bildiklərini etdiyini gördüm.

2021-ci ilin sentyabrında Xatirəgilin evində onunla və anası Sevda ilə aramızda mübahisə oldu. Mübahisə zamanı həm Xatirəni, həm də Sevdanı vurdum. Bununla bağlı məhkəmə prosesləri keçirildi. Məhkəmədə mənim təşəbbüsümlə barışıq oldu”.

“Yalvardı ki, öldürmə məni”

Pənahın sözlərinə görə, Xatirənin ölümü ilə nəticələnmiş hadisədən təxminən 10 gün əvvəl onunla görüşmək üçün zəng edib və yalandan paltar almaq adı ilə onu “Xaşaxuna bağları” adlanan əraziyə çağırıb:

“Səhər saat 10 radələrində taksi ilə dediyim əraziyə getdim. Xatirəyə yalandan kimdənsə pul alacağımı bildirdim. Dedi ki, yaxşı, onda sən tək get. Mən isə bildirdim ki, bir yerdə gedək, səni də göstərim, deyim ki, ailəm xəstədi, həkimə aparacam, pul lazımdı. Razılaşdıqdan sonra Xatirəni insanlar olmayan bir küçəyə apardım. Qorxutmaq məqsədilə üzərimdə götürdüyüm mətbəx bıçağını çıxardım. Xatirəyə “səni öldürmək üçün bura gətirmişəm” deyə bildirdim. Həmin vaxt içkiliydim.

Xatirə cavab verdi ki, öldürmə məni, balalarım var, nə desən eləyirəm. Cavab verdim ki, bir şərtlə səni buraxaram, gedirik, uşaqları götürürük, ev tuturam, yığışıb bir yerdə qalırıq. Xatirə mənimlə razılaşdığından uşaqlarımın təhsil aldığı bağçaya gedərək onları oradan götürdüm, atamgilin evinə getdik.

Bir gecə orada qaldıqdan sonra Xatirə “gedim evimizə, paltarları götürüm” - deyə bildirdi. Onunla razılaşdım, birlikdə getdik. Binanın qabağına çatanda Xatirə “sən get, dənizə tələsirsən, mən axşam özüm qayıdacam” - deyə bildirdi.

Axşam işdən çıxıb evə qayıdanda Xatirənin evdə görmədim. Ona zəng etdim, anası Sevda cavab verdi və Xatirənin evə gəlməyinə icazə verməyəcəyini bildirdi”.

“Nömrəmi əngəllədi”

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün, yəni noyabrın 10-da səhər saatlarında Xatirəyə zəng edib: “Xatirə anasının şəhərə getdiyini bildirdi, gələndə danışmağı təklif etdi. Anasının bir saata qayıdacağını da dedi. Təxminən 3 saat sonra yenidən zəng vurdum. Zəngə Xatirənin anası Sevda cavab verdi. Danışıq zamanı telefondakı səsin yoldan deyil, evdən gəldiyini hiss etdim. Danışıq zamanı Xatirənin özünün harasa getdiyini, anasının getməsini isə bəhanə elədiyini düşündüm. Xatirə ümumilikdə mobil telefonunun olmadığını bildirsə də, ona inanmadım.

Saat 16 radələrində Xatirə “Whatsapp” mobil tətbiqi vasitəsilə mənə “zəng elə” - deyə yazdı. Dərhal zəng etdikdə “nə ağzıva gələni danışırsan?” - deyə cavab verdi. Ona yazdım ki, sənin planındı, sən evdə deyilsən, başqa yerdəsən.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
50
publika.az

10Mənbələr