AZ

"Ziraat Bank Azərbaycan" nümayəndələri ABŞ-də - FOTO

22.04.2024-cü il tarixində Azərbaycanın Bankçılıq Missiyası çərçivəsində ABŞ-yə ilk işgüzar səfər təşkil olunub. İşgüzar səfərdə “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr.Selçuk Demir də iştirak edib.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasının rəhbər nümayəndələrinin və bir sıra bankların sədrlərinin iştirak etdiyi səfər 25.04.2024-cü il tarixinədək davam edib. 

Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi,  Azərbaycan Banklar Assosiasiyası və Amerika Birləşmiş Ştatları - Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ABŞ-yə baş tutan işgüzar səfərin əsas məqsədi hər iki ölkənin maliyyə sektoru üzrə tənzimləyici qurumları və kommersiya bankları arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə dəstək göstərməkdir. Azərbaycan bankçılıq missiyasının səfəri çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası, “Exim Bank” və “Bank of New York Mellon” kimi nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə olunub. Görüşlərdə qurumların təcrübələri, mümkün risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb. Həmçinin iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsində bank-maliyyə sektorunun rolunun önəmi vurğulanaraq əməkdaşlıq imkanları müzakirə olunub. 

Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  


 

Seçilən
124
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25873
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25000
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18096
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14100
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
13999
Sabah 20 dərəcə isti olacaq
9345
May ayında Azərbaycana qar yağdı - VİDEO
8656
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8406
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8301
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7065
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6714
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6330
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6296
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6284
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5906
Azərbaycan nefti ucuzlaşıb
5786
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5613
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593