AZ

Neftçalada ev, Xaçmazda "KamAZ" yandı

Neftçalada 3 otaqlı ev yanıb.

Oxu24.com FHN-in saytına istinadən xəbər verir ki, rayonunun Ərəbqardaşbəyli kəndində ümumi sahəsi 204 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyününün yanar konstruksiyaları 172 m² sahədə yanıb.  Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Xaçmaz rayonunun Ləcət kəndində “KamAZ” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb. 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50

1Mənbələr

Şərh ()
Bağla