AZ

FHN: Ötən sutka ərzində 49 halda yanğına çıxış olub

Bakı, 29 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 49 halda yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatlarını həyata keçiriblər.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 14 nəfər xilas olunub, 3 nəfər tüstüdən zəhərlənib, 3 nəfərin meyiti təhvil verilib.

Seçilən
76
49
Mənbələr
Şərh ()
Bağla