AZ

DİN: Ötən iki gündə ölkə ərazisində 117 cinayətin üstü açılıb

DİN:

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 27-28-də ölkə ərazisində qeydə alınan 111, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 63 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb.

Seçilən
123
49
Mənbələr
Şərh ()
Bağla