AZ

Mənzillərin istismarı ilə bağlı məsuliyyətin icbari sığortası üzrə ödənişlər - KƏSKİN ARTIB

Azərbaycanda daşınmaz əmlakın istismarının mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar azalıb, ödənişlər azalıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 305 min manat təşkil edib.

 Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 min manat və ya 5% azdır.

2023-ci ilin yanvar-mart aylarında bu göstərici 323 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 81 min manat təşkil edib ki, bu da illik müqayisədə 79 min manat .

Keçən ilin eyni dövründə cəmi 2 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 27% təşkil edib. Ötən ilin eyni dövründə isə zərərlilik cəmi 1% idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
3
fed.az

10Mənbələr