AZ

Bakıda bu gün 30 dərəcə isti olacaq

Bu gün ölkədə hava əsasən yağıntısız olacaq, temperatur 31 dərəcə təşkil edəcək.

Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda gecə 13-18° isti, gündüz 25-30° isti təşkil edəcək.

Respublikanın rayonlarında gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var.

Temperatur gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti proqnozlaşdırılır.

Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək.

Bizim.Media

Seçilən
87
15
Mənbələr
Şərh ()
Bağla