AZ

Fələstin prezidenti yaxın günlərdə İsrailin Rəfah əməliyyatına başlayacağını bildirib

Fələstin prezidenti Mahmud Abbas İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki hərbi əməliyyatının yaxın bir neçə gün ərzində başlayacağını bildirib. Bizimyol.info xəbər verir ki, o, bunu Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunun xüsusi sessiyası çərçivəsində bəyan edib. Çıxış forumun saytında yayımlanıb. “Bir neçə gündən sonra İsrail Rəfah şəhərində hərbi əməliyyata başlayacaq, çünki Qəzzada qalan bütün fələstinlilər oraya toplaşıblar: bir məhdud zərbə onların hamısını Fələstin ərazisini tərk etməyə məcbur etmək üçün kifayət edəcək”, - deyə Fələstin prezidenti bildirib. Bu baş verərsə, qonşu ərəb ölkələri Misir və İordaniyanın “fələstinli qaçqınları qəbul etməkdən qətiyyətlə imtina etdiyini” nəzərə alaraq, “dünya Fələstin tarixindəki ən böyük fəlakətin şahidi olacaq” deyib. Abbasın sözlərinə görə, hazırda Qəzzada vəziyyət kritikdir: İsrail hərbçiləri anklav ərazisinin ən azı 75%-ni məhv edib, onların hərəkətləri nəticəsində əksəriyyəti qadın, uşaq və yaşlı 34 min insan həlak olub. “İsrail bu əməliyyatı HƏMAS-dan, 7 oktyabr 2023-cü il hücumuna görə qisas almaq üçün başlatdı, lakin onun hərəkətləri indi bütün Fələstin xalqına qarşı müharibəyə çevrildi”, - Fələstin Milli Administrasiyasının (FMA) rəhbəri qeyd edib. O, öz təbirincə, “Qəzzada baş verənlərin Almaniyanın İkinci Dünya Müharibəsi zamanı törətdiyi cinayətlərdən daha dəhşətli” olduğuna inanan avropalı siyasətçilərin qiymətləndirmələri ilə razılaşıb. Bununla bağlı Abbas İordan çayının qərb sahili və Qəzza zolağındakı Fələstin ərazilərinin vahid siyasi qurumda birləşdirilməsi üçün beynəlxalq konfransın keçirilməsini təklif edib. Fələstin prezidenti əlavə edib ki, Fələstin Dövlətinin müstəqillik hüququnu hələ də tanımayan bütün ölkələr - İsrailin müstəqilliyini tanıdıqları kimi bunu etməlidir. FMA rəhbəri vurğulayıb ki, yalnız belə əsaslarla fələstinlilər “İsrail tərəfi ilə tam və bərabərhüquqlu dialoq apara biləcəklər”. Çıxışının sonunda Abbas ABŞ-a “İsraili dayandıra biləcək yeganə ölkə” kimi müraciət edərək, yəhudi dövlətinə təsir tələb edib və onu Rəfah əməliyyatı planlarından əl çəkməyə məcbur etməyə çağırıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
bizimyol.info

10Mənbələr