AZ

Bu gün də yağmursuz və dumanlı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Gecə 14-18°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi dağlıq əra­zilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Ha­vanın temperaturu gecə 12-17°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 18-23° isti olacaq.
Q.QASIMOV XQ

Seçilən
112
6
Mənbələr
Şərh ()
Bağla