AZ

“Avroviziya” üçün “Özünlə apar” mahnısının klipi təqdim olunub - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsi üçün ölkəmizi təmsil edəcək “Özünlə apar” mahnısının klipi təqdim olunub.

seher.media xəbər verir ki, klip “Avroviziya” mahnı müsabiqəsinin rəsmi “YouTube” kanalında yayımlanıb.

Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək. 

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino mübarizə aparacaq.

Seçilən
92
50
Mənbələr
Şərh ()
Bağla