AZ

Mingəçevirdə kütləvi dava: ata və iki oğlu xəsarət aldı

Mingəçevir şəhərində kütləvi dava olub, xəsarət alanlar var.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, şəhər sakinləri C.Qarayev və oğulları E.Qarayev və İ.Qarayev, həmçinin E.Abdullayev mübahisə zəminində kəsici alətlərlə xəsarətlər alıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, C.Qarayev şəhər ərazisində daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
99
7
Mənbələr
Şərh ()
Bağla