AZ

 Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi 

®22 aprel 2024-cü il tarixindən başlayaraq, Azərbaycan Bankçılıq Missiyası bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə Amerika Birləşmiş Ştatlarına ilk işgüzar səfərini həyata keçirib.

Bu missiya, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, bir sıra bankların sədrlərinin, o cümlədən “Bank Respublika”ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun iştirakı ilə reallaşır.

Missiyanın əsas məqsədi ABŞ və Azərbaycan arasında maliyyə sahəsində əməkdaşlığı gücləndirməkdir.

Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının (AmCham) təşkilati dəstəyi ilə səfər çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib.

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında “DFC maliyyələşdirməsinə əlçatanlıq: qaydalar və tənzimləmələr” mövzusunda ikitərəfli görüş keçirilib. Tədbir zamanı DFC ilə gələcək əməkdaşlıq imkanları, qurumun maliyyələşdirməyə maraqlı olduğu prioritet sahələr müzakirə edilib.

Azərbaycan bankçılıq missiyasının növbəti görüşlərində “Exim Bank” və “Bank of New York Mellon” (BNY Mellon) kimi nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə olunub. Görüşlərdə bankların təcrübələri, mümkün risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan – Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – “Stabil” proqnozlu “B2” reytinqinə (Moody’s) malikdir.

 

Seçilən
136
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19085
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18950
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18014
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17306
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15802
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15582
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15331
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15047
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11524
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11127
"Zaur, yenə çaşdın..." - VİDEO
8717
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7803
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7192
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7164
Minimum əmək haqqı nə qədər arta bilər?
6944
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6732
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
6279
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5907
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5628