Bakı, 26 aprel, AZƏRTAC
Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, kişilərin yarışında XVIII turda qızıl medallara iddialı “Bakı” “Azəryol”u qəbul edəcək. Komandalar aprelin 27-si, saat 14:00-da “AHF Arena”da üz-üzə gələcəklər.
Digər oyunda isə Lider “Kür” Qarabağ”la münasibətlərini aydınlaşdıracaq. Aprelin 28-də “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək matç saat 12:00-da başlayacaq.
Qadınların çempionatında isə yarışın favoritləri “Azəryol” və “Qarabağ” bu dəfə XXV turda bir-birilərinə rəqib olublar. Aprelin 27-də “AHF Arena”da oynanılacaq qarşılaşma saat 12:00-da start götürəcək.