AZ

“Kara sevda”dan 7 il sonra eyni filmdə - FOTOlar

Türkiyəli aktyorlar Kaan Urqancıoğlu və Melisa Aslı Pamukun rol aldığı "Sen büyümeye bak" filmindən ilk treyler yayımlanıb.

Milli.Az olay-a istinadən bildirir ki, ekran işinin 23 mayda "Netflix" platformasında təqdim olunacağı açıqlanıb.

Filmdə əsas obrazları canlandıran Kaan və Melisa illər əvvəl "Kara sevda" serialında da birgə rol alıblar. Onlar sözügedən layihədə bacı-qardaşa həyat verirdilər.

Qeyd edək ki, çəkilişləri ötən il baş tutan filmin ssenaristi "Aile" serialını da yazan Hakan Bonomo, rejissoru "Kızılcık şerbeti"ni çəkən Hakan Kırvavaçdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
29
milli.az

10Mənbələr

Şərh ()
Bağla