Türkiyənin “Qalatasaray” klubu yay transfer dönəmində heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Msport.az xəbər verir ki, İstanbul nəhəngi “Mançester Yunayted”də çıxış edən Viktor Lindelöflə maraqlanır.
“Sarı-qırmızılar” mövsüm bitdikdən sonra 29 yaşlı oyunçu üçün “qırmızı şeytanlar”la danışıqlara start verəcək.
Qeyd edək ki, “Mançester Yunayted” Viktor Lindelöfü 2017-ci ilin yayında “Benfika”dan transfer edib. İsveç millisinin üzvü bu mövsüm “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçunun klubu ilə 1 illik müqaviləsi var.