AZ

Cəlilabadda yol qəzası olub - yaralananlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik avtomobilinin yolun kənarındakı ağaclara çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50

1Mənbələr

Şərh ()
Bağla