AZ

Kilian Mbappe PSJ-nin heyətində yeni rekorda imza atıb

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe rekorda imza atıb.

AZXEBER.COM xəbər verir ki, Liqa 1-in XXIX turunda, \"Loryan”la matçda (4:1) fərqlənən forvard cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 43 görüşdə 43-cü qolunu vurub.

25 yaşlı oyunçu bu qolları Fransa Liqa 1, ölkə kuboku və Çempionlar Liqası qarşılaşmalarında rəqib qapılarından keçirib. Fransa millisinin üzvü 2020/2021 mövsümündə 42 qolla yadda qalmışdı.

Qeyd edək ki, 2018-ci ildən Paris klubunun şərəfini qoruyan Mbappenin müqavilə müddəti bu yay başa çatır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
38

1Mənbələr

Şərh ()
Bağla