AZ

Rusiya: ABŞ-ın Ukraynaya silah göndərməsinə baxmayaraq, məqsədimizə çatacağıq

Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Ukraynaya silah göndərməsinin münaqişənin nəticəsini dəyişməyəcəyini bildirib: "Məqsədimizə çatacağıq, lakin bu, Ukrayna üçün daha çox problem yaradacaq",- deyə bildirib. Bizimyol.info xəbər verir ki, Peskov paytaxt Moskvada aktual mövzularla bağlı jurnalistlərə açıqlamalar verib. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin Ukraynanın uzun müddətdir tələb etdiyi Ordu Taktik Raket Sistemi (ATACMS) kimi tanınan uzaq mənzilli ballistik raketləri gizli şəkildə Kiyevə çatdırdıqlarına dair açıqlamasını dəyərləndirən Peskov: “ABŞ və avropalıların hərəkətləri artıq aydın və proqnozlaşdırıla biləndir. Bir mövzu haqqında təfərrüatlı danışmağa başladıqdan sonra, çatdırılma aparılır. ABŞ Ukrayna məsələdə birbaşa iştirak edir. Onlar təchiz etdikləri sistemlərin çeşidini artırmağa doğru irəliləyirlər. Bu, Ukraynada keçirilən "xüsusi hərbi əməliyyat"ın nəticəsini əsaslı şəkildə dəyişməyəcək. Biz məqsədimizə çatacağıq, lakin bu, Ukrayna üçün daha çox problem yaradacaq”, - deyə qeyd edib. Peskov bəyan edib ki, ABŞ Konqresi üzvləri və senatorlar sözügedən yüklərin ABŞ qanunlarına uyğun olub-olmadığını yoxlamaq hüququna malikdirlər. ABŞ-ın dondurduğu Rusiya aktivlərinə həbs qoyulacağı təqdirdə Rusiyanın hansı addımları atacağı ilə bağlı suala Peskov cavab verərkən: “Bunu açıqlamayacağıq. Biz bunu öz maraqlarımıza uyğun şəkildə edəcəyik. Təbii ki, biz öz maraqlarımızı qoruyacağıq”, - deyə qeyd edib. Qadir, Bizimyol.nfo

Seçilən
98
1
bizimyol.info

2Mənbələr