AZ

Sabah 31 dərəcə isti olacaq- Proqnoz

Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17°, gündüz 24-29° olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı, zəif duman olacağı ehtimalı var. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.Havanın temperaturu gecə 12-17°, gündüz 26-31°, dağlarda gecə 7-12°, gündüz 15-20° olacaq.

Seçilən
147
49
Mənbələr
Şərh ()
Bağla