- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Xankəndidə vaxtilə mövcud olmuş separatçı rejimin yazı və rəmzləri sökülməyə davam edir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev "Facebook" sosial şəbəkəsində paylaşım edib.
"Separatçı rejimin Xankəndidəki yazı və rəmzləri sökülür. Bu mövzunu birdəfəlik bağlayaq", - deyə Ədalət Verdiyev bildirib.
Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Qarabağda separatizmə qarşı antiterror tədbirləri keçirib.
Nəticədə regionda separatizmə son qoyulub və Azərbaycan bütün ərazilərində suverenliyini təmin edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun