AZ

İsrail Livandakı Hizbullah hədəflərinə hücum etdiyini bildirir

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları çərşənbə günü Livanda Hizbullahın bir neçə hədəfinə zərbələr endirib. Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidmətinin yaydığı məlumatda deyilir. “Dünən İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Marun ər-Rasa bölgəsindəki Hizbullah terror infrastrukturuna, eləcə də Markaba bölgəsindəki Hizbullahın müşahidə məntəqəsinə hücum edib”, - deyə İMQ-nin bəyanatında deyilir. Bu gün səhər saatlarında Alma əş-Şaab kəndi yaxınlığında Hizbullahın hərbi obyektinə hücum edib. Gün ərzində İsrail ordusunun artilleriyası dərhal təhlükələri aradan qaldırmaq üçün Livanın cənubundakı hədəflərə də zərbələr endirib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
28
Mənbələr
Şərh ()
Bağla