AZ

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

Bakı, 24 aprel, AZƏRTAC

7 saylı Bakı “ASAN xidmət” mərkəzində ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər.

Sərgi Qarabağın zəngin qeyri-maddi mədəni irs nümunələrinin geniş miqyasda təbliği və gənclərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə reallaşdırılıb.

Tədbirdə Qarabağ mətbəxinin, milli geyimlərinin, qədim zamanlardan bəri məşhurlaşan sənətlərin - xalçaçılıq, dulusçuluq, şərabçılıq, ipəkçilik, monumental-dekorativ rəngkarlıq, zərgərlik guşələrinin nümayişi baş tutub. O cümlədən ASAN könüllülərinin Qarabağ, böyük qayıdış, zəfər mövzularındakı rəsmləri və əl işləri təqdim olunub.

Müxtəlif musiqi nömrələrinin və kompozisiyaların yer aldığı sərgi rəsm əsərlərinin müəlliflərinin və guşələrdə təqdim olunan əl işlərinin mükafatlandırılması ilə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
4
azertag.az

10Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh