AZ

Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu oldu - VİDEO

Smolenskdə (Rusiya) neft emalı zavoduna PUA hücumu olub.   Manset.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Anoxin xəbər verib. Məlumata görə, ilk partlayış yerli vaxtla saat 3:15-də Razdoro kəndi yaxınlığındakı neft bazası ərazisində (Smolenskdən 20 km aralıda) olub. Təxminən 15 dəqiqə sonra daha bir partlayış səsi eşidilib, bundan sonra sənaye obyekti alovlara bürünüb. Saat 4 radələrində daha bir neçə partlayış olub. “Fövqəladə Hallar Nazirliyi hadisə yerindədir. Sakit olmağınız və təlaşa düşməməyiniz xahiş olunur”, - deyə qubernator müraciətində bildirib. Xatırladaq ki, təxminən bir ay əvvəl Samara vilayəti, Novokuybışevsk şəhərindəki neft emalı zavoduna dron hücumu olmuşdu.

Seçilən
118
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq